"Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova "Şərq”ə öz əzəli və əbədi torpaqlarımızda Ermənistan separatçıları tərəfindən girov götürülən həmyerlilərimiz - Dilqəm Əsgərov və Şahbaz Quliyevin ölkəmizə qaytarılmasından danışıb.
Təşkilat sədri qeyd edib ki, girovlarımızın qaytarılması mümkündür: "Əslində onların saxlanılması və qondarma məhkəmələrə çəkilməsi qanunsuzdur. Bu, heç bir hüquqa söykənmir. Əlbəttə, girovlarımız qaytarılmalıdırlar. Onlar öz torpaqlarımızda saxlanılıblar. Ermənistanın ərazisinə keçməyiblər ki? Onların tutulması və ətraflarında saxta məhkəmə prosesinin başladılması heç bir huquq normasına və beynəlxalq konvensiyaya sığmır. Əzizlərinin qəbirlərini ziyarət etməyə gediblər. Kəlbəcər onların dədə-baba torpağıdır. Yaxınlarının və əzizlərinin qəbirlərini ziyarət etmək hər kəsin haqqıdır”.
Həmsöhbətimizin sözlərinə görə, erməni xislətinə heç zaman inanmaq olmaz: "Erməni heç vaxt səmimi olmayıb və ola da bilməz. Onların səmimiyyətinə inanmamışam, bundan sonra da inanan deyiləm. Baxın, Qarabağ müharibəsi ərəfəsində əsir düşən azərbaycanlıların yaxınları ermənilərlə 3 ölkədə görüşüblər. Ermənilər söz veriblər ki, bu qədər pul gətir, filan günü, filan yerdə görüşək, əsiri geri qaytaraq. Elə adamlar oldu ki, evini satıb, pulunu verdi, lakin əsir qayıtmadı. Erməniyə heç vaxt inanmaq olmaz”.
Ayyət