Prezident Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 10 milyon manat ayırdı






Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.  AzərTAc-ın məlumatına görə, sərəncama əsasən, prezidentinin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 10 milyon manat ayrılıb.
Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin edilməsi Maliyyə Nazirliyinə, digər məsələləri həll edilməsi isə Nazirlər Kabinetinə tapşırılıb.