Dekabrın 24-də mərhum reper Hüseyn Dəryanın oğlu Cahangirin kiçik toyudur.
milli.az xəbər verir ki, bu haqda reperin həyat yoldaşı Sona İbadova məlumat verib: "Dekabrın 24-də paytaxtın ən məşhur restoranlarından birində oğlum Cahangirin kiçik toyu baş tutacaq. Şou-biznesdən bir çox tanınmışlar toy məclisində iştirak edəcəklər. Hüseyn 2014-ci ilin iyun ayında Cahangirə toy edəcəkdi, hətta restoran da seçmişdik. Mart ayında dünyasını dəyişdiyi üçün toy ertələndi" - deyə S.İbadova bildirib.