Neftin qiymətinin sürətlə aşağı düşməsi Rusiyanın 2016-cı ildə iflasa uğramasına səbəb ola bilər.
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, 2014-cü idən bəri qiyməti surətlə aşağı düşməyə başlayan neftin dünya bazarında 36,51 dollara olması Rusiyaya ciddi şəkildə ziyan vurub. Ekspertlər neftin qiymətinin aşağı düşməsini ilk olaraq dünya bazarında neftin çox olması ilə əlaqələndirirlər. Çin iqtisadiyyatında durğunluğun yaranması, dünya bazarında İran neftinin artması, Yaponiya kimi ölkənin iqtisadiyyatında olan zəifləmə də bu amillər sırasındadır. Ekspertlər bu amillərin hələ bir çox ölkələrə ziyan vuracağını proqnozlaşdırır. Onlar hesab edir ki, bu "dalğanın” batıracağı ölkələrin önündə isə məhz Rusiya gəlir.