Ruhi sağlamlığı yerində olmayan və müalicəni rədd edən Aslı Sönmezler anası Belgin Hızalı boğaraq öldürmüşdü. Ölümünün ardından baba və xala qeyri-adi bir addıma imza ataraq Hızalın ölüm elanına qatil qızının adını da yazdı.
Amerikada sənət təhsili alan Aslı Sönmezler yurda dönüşündə Bodrumdakı bağ evinə yerləşmişdi. Belgin Hızal telefonlarına cavab verməyən qızına ictimai media hesablarından "Sait kimi təkliyi sevirsən. Amma o belə anasını axtarardı” deyə giley edirdi. 3 ay əvvəl qızını müalicə üçün İstanbula gəlməyə razı saldı. Ancaq Aslı Sönmezler müalicə olmağı rədd etdi. İsrar edən anasını boğaraq öldürdü. Atası Süha Hızal və bacısı Elvide Hızal, Belgin Hızalın ölüm elanına qatili olan qızı Aslı Sönmezlerin adının yazılmasını istədi. Səbəbləri bu idi: "Belgin qızını çox sevərdi. Ayrıca Aslı xəstə idi və nə etdiyinin fərqində deyildi.” (Posta)