Yola saldığımız qoyun ili ilə vidalaşmağa bir neçə gün qalıb. 2015-ci il çətin illərdən biri kimi yaddaşlarda iz qoydu. Bəs görən, qarşıladığımız 2016-cı Meymun ilindən nə gözləməyə dəyər? Yeni il qədəmlərini qoyur. Bu ildən gözləntilərimiz olmamış deyil. Meymun ili nələri vəd edir? Bütün bu suallarla bağlı tanınmış ekstrasens Firudin Qurbansoy "Şərq”ə danışdı.
Ekstrasensin özünü doğruldan proqnozları hər zaman maraqla qarşılanıb. Qurbansoyun budəfəki açıqlamaları böyük səs-küyə səbəb olacaq. 2016-cı ildən nə gözləyə bilərik? Firudin Qurbansoy "2016-cı il gözlənilməz məqamlarla diqqət çəkir. Meymun o qədər gözlənilməz heyvandı ki, normal qaydada iki vur iki dörd etsə də, meymun üçün bu, dəyişə bilər. Yəni bu, 5 də ola bilər, altı da. Qeyri-stabil ildi. 2016 çılğın bir il olacaq. Meymun o qədər çılğın bir heyvandır ki, insanlarla oynaya bilər, insanları yerindən oynadan, adamların həyatı ilə oynayan bir heyvandı. Ciddilərə qeyri-ciddi yanaşan bürcdü. İl də belə olacaq. Qeyri-müəyyən, qeyri-ciddi hadisələrlə diqqət çəkən il olacaq. Qoyun ilində zəkanın yeri yox idi. Bu ildə zəkası olanlara dəyər verən olmur. Yəni zəkalı, zəkasız insanların qoyun ilində fərqi yox idi. Amma meymun ilində zəkası olanlar nə isə əldə edə bilərlər. Yəni zəkalı insanlar bu ildə fərqlənə bilər. Meymun ilində dünyada qeyri-sabit il kimi olacağını güman etmək olar. Sovet hakimiyyətinin qurulduğu il də meymun ilinə təsadüf edib. 1992-ci ildə Sovet dövləti dağıldı. Bu da meymun ilinə təsadüf edir. Yəni siyasi aləmdə gözlənilməz hadisələr baş verəcək. Amma bu ildən böyük uğurlar gözləməyə dəyməz. Amerika daha güclü dövlət kimi gəlirlər əldə etsə, meymun ili müsəlman ölkələri üçün o qədər ürəkaçan olmayacaq. Neft ölkələri bu il çətinlik yaşayacaq. Palçıq vulkanları meymun ilində oyanacaq. Vulkan püskürmələri özünü göstərəcək. Dünya siyasətində qeyri-ciddi, gözləniməz hadisələr yaşana bilər. Meymun ilində əsas zəkanın rolu olacaq. İnsanlara hörmət bu il azalacaq. Dəyişkən bir ildi. Meymun bir yerə sığmayacaq. Bir sözlə, ədəbsiz il olacaq. Meymun ilində ədəbsizliklərin sayı çoxalacaq. Ədəbsiz insanlar üçün bu il daha rahat olacaq”.
2016-cı il qırmızı meymun ilinə təsadüf edir. İlin ən uğurlu rəngi qırmızı olacaq. Meymunun harası qırmızı olur? İnsanlar da bir o qədər ədəbsiz olacaq. Çılğın, çətin bir il kimi tarixdə seçiləcək. Meymun ilində incəsənət və idman sahəsində uğurlar daha çox olacaq. Sənət adamları üçün uğurlu il sayıla bilər”.
Tahirə