14 yaşlı uşağı oğurlayıb, 20 min pul istədi - BAKIDA İNANILMAZ ƏMƏLİYYAT



Bakıda daha bir uşaq oğurluğu baş verib.
Daxili İşlər nazirliyinin (DİN) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mayın 30-da naməlum şəxs Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində kirayədə yaşayan Kürdəmir rayon sakini, 14 yaşlı Cəfər Qasımovu oğurlayıb.
O uşağın qaytarılması müqabilində anası Afətdən 20.000 manat pul istəyib və polisə məlumat verməməsini tələb edib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə C.Qasımovun "VAZ-21154” markalı avtomobildə qaçırılması müəyyən edilib və qeyd edilən nəqliyyat vasitəsi Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi, Dövlət Yol Polisi İdarəsi və Binəqədi RPİ-nin əməkdaşları tərəfindən Azadlıq prospektində saxlanılıb.
Sürücü - Bakı şəhər sakini 23 yaşlı Sənan Qasımzadə törətdiyi əməli etiraf edib. C.Qasımov ailə üzvlərinə təhvil verilib.
Qeyd edək ki, faktla əlaqədar CM-nin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılır.