15 il əvvəl Bakıda cinayət törədən şəxsin məhkəməsi başlayır





15 il qabaq törətdiyi cinayətə görə həbs edilən Pərviz Hüseynovun cinayət işinin ibtidai istintaqı baş çatıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, cinayət işinin istintaqı Ağır Cinayətlərə dair İstintaq İdarəsində aparılıb və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hazırlıq iclası oktyabrın 4-ə təyin edilib.
Qeyd edək ki, Pərviz Hüseynov Bakıda 2000-ci ildə digər 3 nəfərlə birlikdə cinayət əlaqəsinə girərək şəhər sakini öldürməyə cəhd edib. Onlar şəhər sakinləri qarşı quldurluq əməlləridə törədərək pul alıblar. Digər 3 nəfər saxlanılıb. Pərviz Hüseynov isə cinayətdən yayına bilib. O, Rusiya Federasiyasına qaçıb. Bir müddətdən sonra Rusiyada başqa bir cinayətə görə tutulub. Uzun müddət orda məhbusluq həyatı yaşayıb. 2015-ci ildə Azərbaycana qayıdan Pərviz Hüseynov saxlanılıb.