Vəkil: "Ola bilsin ki, qız öz razılığı ilə gedib, sadəcə nənəsi onun erkən yaşda evlənməsini istəmədiyi üçün qarşı tərəfə adam oğurluğu ittihamı irəli sürüb"
16 yaş az deyil
08:45 23.01.2019
Arxiv
8061
Qız könüllü olaraq oğlana qoşulub qaçıbsa, burada qaçıran şəxs hüquqi məsuliyyət daşımır
Vəkil: "Ola bilsin ki, qız öz razılığı ilə gedib, sadəcə nənəsi onun erkən yaşda evlənməsini istəmədiyi üçün qarşı tərəfə adam oğurluğu ittihamı irəli sürüb"
Vəkil: "Ola bilsin ki, qız öz razılığı ilə gedib, sadəcə nənəsi onun erkən yaşda evlənməsini istəmədiyi üçün qarşı tərəfə adam oğurluğu ittihamı irəli sürüb"
Son zamanlar qızqaçırma halları çoxalıb. Məsələnin müzakirəyə çıxarılması isə qaçırılan qızların azyaşlı olması ilə bağlıdır. Qız qaçırma cinayətinin növbəti qurbanı 30 yaşlı kişi tərəfindən qaçırılan 16 yaşlı yeniyetmədir. Hadisə Ucar rayonunda baş verib. Qızın nənəsinin iddiasına görə, nəvəsi əmi dediyi şəxs tərəfindən zorla qaçırılıb və onu istəmir: "İstəyirəm, nəvəm təhsil alsın. Bizə ev və maşın təklif edirlər ki, şikayətimizi geri götürək". Qızı qaçıran şəxs isə onu öz istəyi ilə qaçırdığını iddia edib: "Nənəsi onu öz qohumuna ərə vermək istəyirdi. Qız razılaşdı və mən onu qaçırdım. Bizi ancaq Allah ayıra bilər".
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə açıqlamasında bildirib ki, Ucarda qaçırılan 16 yaşlı qızın nənəsi hüquq-mühafizə orqanlarına müraciət edib.
"Biz uşağın mənafeyi baxımından hazırda Ucardayıq və rəsmi şəkildə nənəsi nəvəsinin zorla qaçırılması barədə polisə müraciət edir".
Bəs, qızı məcburi şəkildə qaçıraraq, onunla evlənən şəxslərin hüquqi məsuliyyəti nədən ibarətdir?
Vəkil Asif Abdullayevin sözlərinə görə, qız könüllü olaraq oğlana qoşulub qaçıbsa, burada qaçıran şəxs hüquqi məsuliyyət daşımır. Azərbaycan qanunvericiliyinə görə, 16 yaş az deyil: "Hazırda 16 yaşına çatmayan qızı qaçırmaq Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilir.
Əgər qızın 16 yaşı tamam olubsa və qarşı tərəf onu zorla qaçırtmayıbsa, ortada cinayət faktoru yoxdur. Qızın razılığı olmadan, onu qaçıran şəxs cinayət məsuliyyəti daşıyır və artıq bu halda oğlanın qızı evlənmək üçün və yaxud da başqa məqsədlə qaçırmağı onu məsuliyyətdən azad etməyəcək. Hətta oğlana bu işdə kömək edən şəxslər də cinayət məsuliyyətinə cəlb edilə bilərlər”.
Vəkilin sözlərinə görə, hüquq-mühafizə orqanları istənilən halda hadisə ilə bağlı araşdırma aparmalı və nənənin iddialarının nə dərəcədə əsaslı olduğunu öyrənməlidir:
"Ola bilsin ki, qız öz razılığı ilə gedib, sadəcə nənəsi onun erkən yaşda evlənməsini istəmədiyi üçün qarşı tərəfə adam oğurluğu ittihamı irəli sürüb. Araşdırmalar zamanı nənənin ittihamları reallığa uyğun olsa, həmin şəxs birmənalı olaraq cinayət məsuliyyəti daşıyır. Bir daha qeyd edim ki, zorla qız qaçırmaq ağır cinayət, adam oğurluğu hesab olunur və sözügedən şəxslə bağlı qanunvericilikdə ağır cəzalar nəzərdə tutulub. Yetkinlik yaşına çatmayan şəxsin oğurlanması ağırlaşdırılmış hal hesab olunduğundan məcburi qaçıran şəxsi 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya
“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb
11:49 31.08.2026
Futbol
Azərbaycan lideri Trinidad və Tobaqo Prezidentini təbrik edib
11:15 31.08.2026
Gündəm