Arvadı deyir ki, "ev çökəcək"

Türkiyənin Kayseri şəhərinin Dəvəli bölgəsində yaşayan 50 yaşlı İsmayıl Dəvəlioğlu bir il əvvəl toplamağa başladığı daş parçaları ilə kolleksiya yaradıb. 10 minə yaxın daş parçası toplayan İ.Dəvəli deyib ki, son 1 ildə onda “daş hobbisi” formalaşıb. 

“Sherg.az” Türkiyə mediasına istinadən bildirir ki, İ.Dəvəli “daşları toplamaqdan çox xoşbəxt oluram. Tapdığım daşları kəsib, parçalara ayırmaqla içlərindəki gerçək dünyanı görürəm”, deyən İ.Dəvəli evlidir və 3 övladı var. 

Təxminən 1 il əvvəl təbiət gəzintisinə zamanı şəkilli, rəngbərəng, müxtəlif naxışlı daşlar diqqəti çəkib. Bir müddət sonra daş toplamaq üçün gəzintilərə çıxmağa başlayıb. Nəticədə 10 min ən müxtəlif biçimdə və rəngdə daşlar toplayıb və kolleksiya yaradıb. 

İ.Dəvəli eyni zamanda Kayseri Dəvəli bələdiyyəsinin əməkdaşıdır. Daş kolleksioneri sahib olduğu daşlarla bağlı mütəxəssislərdən rəy də alıb. Mütəxəssislər bəzi daşların 3-10 milyon il əvvələ aid olduğunu deyiblər. Odur ki, İ.Dəvəli onlara gözü kimi baxır. “Mən təbiət vurğunuyam. Fotoqraflığı və çadır qurub yaşamağı çox sevirəm. Təbiət qoynunda gəzərkən daşlardakı fərqliliyi kəşf etdim. Ölkəmizdə çox fərqli daşlar var. Son 1 ildə məndə yaranmış bu hobbi təbiətə marağımı daha da artırır” söyləyən İ.Dəvəli həyat yoldaşının narahatlığını da gizlətməyib. “Mənzildə o qədər daş var ki, həyat yoldaşım “bir gün bu ev çökəcək”, deyə qorxur. Amma nə edim?! Elə bilirdim ötəri hobbidir, keçib gedər, amma keçmədi, daha da dərinləşdi. Daş görüncə, dayana bilmirəm, toplamağa başlayıram”.