Qadın avtobusa meymunla mindi 

İstanbulda qadın sərnişinin avtobusa meymunla minməsi ortalığı qarışdırıb.

"Sherg.az" türk mediasına istinadən xəbər verir ki, qadın qucağındakı meymunla İstanbulun Alibeyköy səmtində avtobusa minib.

Avtobusa minər-minməz sərnişinlərin diqqətini çəkən meymun bu qədər maraq qarşılığında tutacaqlardan sallanaraq pəncərəyə dırmaşıb, uzun müddət pəncərəyə söykənərək yola baxmağa başlayıb.

Bu mənzərəni avtobusdakı sərnişinlərdən biri mobil telefonuyla video-görüntüyə alıb və sosial şəbəkədə paylaşıb.