Azərbaycanda özəlləşmə ilə bağlı yeni qanun hazırlanacaq






Prezident İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb.  AzərTAc xəbər verir ki, ölkə başçısının fərmanı ilə "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının yeni qanun layihəsini (özəlləşdirilən dövlət əmlakının qiymətinin həmin əmlakın bazar dəyəri əsasında formalaşdırılması meyarı nəzərə alınmaqla) iki ay müddətində hazırlanıb təqdim edilməlidir.
Əmlak Məsələləri Dövlət Komitəsinə öz təkliflərini hazırlayıb təqdim etməsi tapşırılıb.