Atatürkdən yeni film çəkilir

Türkiyənin məşhur aktyoru Kenan İmırzalıoğlu da film komandasında yer alır

Türkiyənin dövlət televiziyası TRT 1 Mustafa Kamal Paşanın həyatından daha bir film çəkmək ərəfəsindədir. “Mahsusa Trablus” adı verilən film Osmanlı imperiyasında mövcud olmuş əks-kəşfiyyat təşkilatının fəaliyyətindən bəhs edəcək.

“Təşkilatı-Mahsusa” adlanan qurum 1913-cü ildə Ənvər Paşa tərəfindən İttihad və Tərəqqi Cəmiyyətinin nəzdində yaradılıb. Osmanlı imperiyası silahlı qüvvələrinin bir bölümü olaraq fəaliyyət göstərib. Filmdə Atatürklə yanaşı, Ənvər Paşa, Zənci Musa kimi tarixi şəxsiyyətlərin obrazı canlandırılacaq. Türkiyənin məşhur və sevilən aktyoru Kenan İmırzalıoğluna da film komandasında yer almaq və  “Quşçubaşı Əşrəf” obrazını canlandırması təklif olunub. Filmin hər bölümünə görə K.İmırzaoğluna  350 min TL ödəniləcəyi bildirilir. Filmin çəkilişləri Türkiyə ilə yanaşı, Tunis və Əlcəzairdə aparılacaq. Filmin rejissorları Raif İnan və Uğur Vəlidir. Kənan İmırzalıoğlu sonuncu dəfə 2018-ci ildə “Mehmet: Bir Cahan Fatehi” dizisində, 2017-ci ildə isə “Cingöz Recai: Bir əfsanənin dönüşü” filmində rol alıb. Son zamanlaradək isə “Kim milyoner olmaq istər” yarışmasında aparıcılıq edirdi.