Dünyanın ən dərin, ən gözəl metroları...


"Bəziləri UNESCO-nun mədəni irs siyahısına belə salınıb"

Metro müasir dünyanın ən sürətli nəqliyyat vasitəsi titulunu qorumaqdadı. Dünyanın müxtəlif şəhərlərində ən müxtəlif dərinliyə və gözəlliyə sahib metro dayanacaqları var. Bəziləri UNESCO-nun mədəni irs siyahısına belə salınıb. 
ABŞ, Nyu-York
Hollivud filmlərində tez-tez ekrada gələn Nyu-York metrosu dünyada ən çox stansiyaya malik metrodur. Nyu-York metrosunun tam 424 stansiyası var. 
Finlandiya, Helsinki
Şimali Avropanın ən sakit ölkəsi Finlandiyanın paytaxtı Helsinki də metro məsələsində “ən”lərə sahibdir. 1989-cu ildə açılıb. Dünyanın ən şimalında olan metro kimi qeydə alınıb. 
Argentina. Buenos-Ayres 
Argentinanın paytaxtı Buenos-Ayresdəki metro dünyanın ən cənubundakı metrodur. 1986-cı ildə açılıb. 
Rusiya. Moskva. 
Rusiyasnın paytaxtı Moskvadakı metro 12 milyonluq əhaliyə xidmət göstərməsiylə məşhurdur. Metro stansiyalarının yüksək memarlıq nümunələri ilə zəngin olması turistləri heyran edir və bu şəhərə gələn metronu görmədən tərk etmir. 
İngiltərə. London
London metrosu 11 xətt və 270 stansiyaya malikdir. London metrosu 1863-cü ildə istifadəyə verilib.   
Türkiyə, İstanbul. 
Dünyada iki qitə üzərində inşa edilmiş yeganə şəhər olan İstanbul metrosu Sultan Əbdüləziz dönəmində - 1869-cu ildə inşa edilməyə başlayıb, bununla da London metrosundan sonra dünyanın 2-ci ən qədim metrosu hesab edilir. 
Ukrayna. Kiyev 
Kiyev metrosu isə dünyanın ən dərin metrosudur. 1960-cı ildə yerdən 105.5 metr dərinlikdə inşa edilməyə başlayıb. İlk stansiyası “Arsenalna”dır. Stansiyaya enib-qalxmaq uzun bir vaxt aparır. 
Yaponiya. Tokio.
Tokio metrosunun 179 stansiyası var. Və dünyanın ən böyük sıxlıq yaşanan metrosudur. 2017-ci ildə 3.56 milyard insan 195 kilometr uzunluğundakı bu metrodan istifadə edib. 
İsveç. Stokholm.
Stokholm metrosu eynən Moskva metrosu kimi xüsusi memarlıq üslubuna görə dünyadakı metro stansiyalarından fərqlənir. Stansiyaların fövqəladə gözəlliyə malik olması bu şəhərə gələnləri heyrətləndirməkdədir.