Deputat İlhamə Quliyevadan danışdı:"Ayaqüstə güclə dayanırdı..."

Millət Vəkili Novruz Aslan “Özəl” proqramında qonaq olarkən mərhum xalq artisti İlhamə Quliyeva ilə xatirələrini yada salıb.
“Sherg.az” xəbər verir ki, deputat sənətkarla bağlı bir epizoddan bəhs edib:
“Bunu kimsə bilmir. İ.Quliyeva böyük proqramda çıxış edirdi. Ayaqüstə güclə dayanırdı, ağrıkəsici içdi, orada iştirak etdi. Konsert bitdikdən sonra az qaldı yıxılsın. Onun köməkçiləri və mənim  müavinim yardım etdilər. Çətin vəziyyətdə olmasına  baxmayaraq  konsert-proqramını başa çatdırdı. Çox böyük məsuliyyət idi”.