Səhiyyə Nazirliyində kadr dəyişikliyi olub.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı səhiyyə nazirinin birinci müavini Teymur Musayev əmr imzalayıb.
Əmrə əsasən, Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor vəzifəsini icra edən Esmira Alməmmədova vəzifəsindən azad olunub.
E.Alməmmədova öz ərizəsi ilə vəzifəsindən uzaqlaşdırılıb.
Onun yerinə Famil Məmmədov təyin olunub.
Səhiyyə Nazirliyindən məlumatı saytımıza təsdiq ediblər.