“Bakı şəhərinin Nizamı rayonunda baş verən partlayış zamanı ana və övladının bədəninin 60 faizi yanıb”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq şəhər 5 saylı Kliniki Xəstəxanasından (Nərimanov Tibb Mərkəzi) bildirilib.
“Partlama nəticəsində ana - Məmmədzadə Samirə Həsən qızı və övladı 2-ci dərəcəli yanıq diaqnozu (60 %) ilə xəstəxanaya yerləşdirilib. Mümkün bütün tədbirlər həyata keçirilir”.
16:32
Bakı şəhərinin Nizamı rayonunda partlayış baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Elşən Süleymanov küçəsində yerləşən çoxmərtəbəli binada baş verib.
Belə ki, yaşayış binasında baş verən partlayış nəticəsində evdə olan iki nəfər xəsarət alıb. Xəsarət alanlardan biri qadın, digəri isə azyaşlı imiş.
Qeyd edək ki, qadın hamilədir.
Onlar dərhal şəhər 5 saylı Kliniki Xəstəxanasına yerləşdirilib.