Türkiyədə universitetlər açılır


Türkiyənin ali təhsil müəssisələrində ənənəvi tədris bərpa olunur.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu ölkənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar deyib.

“İlyarım əvvəl universitetlərimizdə necə üz-üzə tədris həyata keçirilirdisə, bu tədris ilinə də ənənəvi qaydada başlayacağıq. Tələbələri həyəcanla gözləyirik. Uzaqdan tədrisin ənənəvi tədrisi əvəz etməsini düşünmək olmaz. Biz üz-üzə tədrisin başlıca qayda olduğunu düşünürük. Təbii ki, bəzi hallarda istisnalar ola bilər”, - o qeyd edib.

E.Özvar təhsil işçilərinin, müəllim və tələbələrin vaksin olunmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, Türkiyədə 6 sentyabrdan orta təhsil müəssisələrində də ənənəvi tədris bərpa olunub.