Hindistanın Madya Pradeş əyalətində ağlasığmaz hadisə baş verib.
“Sherg.az” “Ntv.com”a istinadən xəbər verir ki, quraqlığa son qoymaq istəyən kəndlilər ənənələrinə uyğun olaraq yetkinlik yaşına çatmayan qızları çılpaq soyunduraraq yağış yağması üçün dua ediblər.
Sosial mediada 6 qızın çiyinlərində qurbağaya bağlanmış taxta çubuqla çılpaq gəzərkən videosu yayılıb. Bir neçə yerli sakin mərasimin yağış tanrısını sakitləşdirəcəyinə və bölgəyə yağış gətirəcəyinə inandıqlarını söyləyib.