Həqiqət ortaya çıxdı: İki körpə doğuşdan sonra yanlış ailələrə verilib

İspaniyanın Bilbao şəhərində 19 il əvvəl “Logrono” xəstəxanasında iki körpə doğulduqdan sonra yanlış ailələrə verilib.
“Sherg.az” “Hurriyet.com”a istinadən bildirir ki, hadisə üzə çıxdıqdan sonra yerli hökumət xəstəxana işçisinin səhvə yol verdiyini açıqlayıb.
Səhiyyə naziri Sara Alba mətbuata açıqlamasında səhv edən şəxsin kimliyinin müəyyən edilə bilməyəcəyini söyləyib. Alba o vaxtdan bəri körpə doğuş prosedurlarının inkişaf etdiyini və bu gün belə bir səhvin mümkün olmadığını diqqətə çatdırıb. Nazir məhkəmə prosesinə hörmət etdiyini və ailələrə dəstək olacağını bildirib.
Yanlış ailəyə verilən gənc qız 3 milyon avro təzminat tələb edərək məhkəməyə müraciət edib. Digər körpəyə də vəziyyət haqqında məlumat verilib. Ancaq həmin qızın şikayət etmədiyini deyilir.