Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan saxlanılıb.
Bu gün onun evində Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən axtarış aparılıb. D.Tonoyanın 2011-ci il keçirilmiş silah-sursat tenderi ilə bağlı saxlanıldığı qeyd olunur.
Tonoyandan sonra keçmiş müdafiə naziri olmuş daha bir şəxsin - Xocalı qatili Seyran Ohanyanın və Ermənistan silahlı qüvvələrinin keçmiş baş qərargah rəisi Yuri Xaçaturovun da həbs edilə biləcəyi qeyd edilir.
Mənbə: “Hraparak”