“2015-ci ildə qəbul edilmiş birgə bəyanata əsaslanan əməkdaşlığı yüksək qiymətləndiririk və bu münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik”.
“Report” xəbər verir ki, bunu Çex Respublikasının xarici işlər naziri Yakub Kulqanek Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov ilə görüşünün nəticələrinə əsasən bildirib.
O deyib ki, pandemiyanın səbəb olduğu fasilədən sonra əməkdaşlığı yenidən bərpa etməyimizdən çox şadam: ”Ölkələrimiz arasında ticarət münasibətlərinin inkişaf etdirilməsi zəruridir".
Nazir həmçinin Çex Respublikasının hərbi kontingentinin Əfqanıstandan çıxarılmasında göstərdiyi köməyə görə Azərbaycana minnətdarlığını bildirib.
Y.Kulqanek 44 günlük müharibədə şəhid olanların ailələrinə başsağlığı verib.