Samsung "ağılll saat"ı yaratdı

Cənubi Koreyanın “Samsung” şirkəti bilərzik-smartfon yaradıb. 

"Sherg.az" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “91mobiles” nəşri məlumat yayıb. 

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) bazasında şirkətin elastik ekranının yuxarı hissəsi korpusdan ayrılan smartfon üçün patenti aşkarlanıb. Beləliklə, onu biləyə dolayaraq “ağıllı” saat kimi istifadə etmək mümkün olacaq. Müəlliflərin fikrincə, yığılmış vəziyyətdə telefonun yuxarı hissəsi sorğu məlumatlarını göstərir və smartfon akkumulyatorundan enerji toplayır. Bilərzik “Bluetooth” vasitəsilə qurğu ilə məlumat mübadiləsi edə biləcək.