“Dostlarla doğum günümü qeyd edəndə xəbər gəldi ki, Cəbrayıl işğaldan azad edilib...”

“Təbrikiniz üçün çox sağ olun. Doğum günümü qeyd etmirəm, evdəyəm”.
 "Sherg.az" xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı doğum günü haqda danışarkən deyib. E.Şıxlı ötən il doğum günündə Cəbrayılın ordumuz tərəfindən işğaldan azad edildiyini və bunun onun üçün ən böyük hədiyyə olduğunu bildirib:
 
“Ötən ilin bu günü axşam saatlarında dostlarımla əyləşib doğum günümü qeyd edirdik və xəbər gəldi ki, Cəbrayıl işğaldan azad olundu. Bu isə mənim üçün ən böyük həddiyyə və xoş təbrik idi. Bu münasibətlə dostlarla xeyli sevindik, qucaqlaşdıq. Bizim şəhidlərimizin ruhu şad olsun, qazilərimizə Allah can sağlığı versin. Döyüşlərdə qəhrəmancasına vuruşub, sağ-salamat evinə dönənlərə isə yeni-yeni uğurlar və qələbələr arzu edirəm”.
 
E.Şıxlı mətbuatımızdakı çatışmazlıqlardan da danışıb:
 
“İndi mətbuatımızda çatışmazlıqlar var və müəyyən mənada çalışırıq nəsə edək. Amma hələ ki, ortalıqda siz deyən böyük uğurlar yoxdur. Ayrı-ayrı uğurlar, epizodlar var, amma ümumən hələ istədiyimiz səviyyəyə çatmamışıq. İnşallah, bu da düzələr”.