Səfir:“Bakıda kitabımın sərgilənməsindən çox məmnunam”

“VII Beynəlxalq Bakı Kitab Sərgi-Yarmarkasında mənim də kitabımın sərgilənməsindən çox məmnunam”.

Bu sözləri VII Beynəlxalq Bakı Kitab Sərgisində jurnalistlərə açıqlama verən Türkiyənin Azərbaycandakı səlahiyyətli səfiri Cahid Bağcı deyib.

O bildirib ki, “Yokuşun çocukları” kitabı xatirə və avtobioqrafik janrda yazılmış bir kitabdır:

“Bu kitab sosial həyat səyahətindən bəhs edir. Çətin dövrü əhatə edən dövrdə səyahət edən bir gəncin hekayəsidir. Kitabı gənclər üçün də örnək hesab etmək olar. Həyat hər zaman asan olmur, təbiətin yükünü daşımaq asan deyil. Ümid edirəm ki, onu mütaliəyə edənlərə faydalı olaraq, yaşama ruhu, əzmi verəcək”.