“Hər kəs gələcəyin Asiyada qurulacağına inanır".
"Report” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.
Onun sözlərinə görə, hər kəs Asiyada baş verən hadisələrə görə mövqe ortaya qoyur: “Əlbəttə, Asiyadakı geopolitik durum da nəzərə alınmalıdır. Bu mənada türk dövlətləri bir-biriləri ilə daha sıx birləşməlidir. Türk dövlətlərinin kiçik sərhəd problemlərinə görə bir-biriləri ilə düşmən olmamasını arzulayırıq. Min illik tarixə sahib türk dövlətləri bunu bacaracaq gücə malikdir”.