Kökəlmək üçün çalışır, sevgilisi də ona yardım edir -Fotolar

ABŞ-da yaşayan 317 kq şəkisi olan bir qadın eşitdiklərimizin əksinə arıqlamaq deyil, kökəlmək üçün  çalışır. Üstəlik sevgilisi də ona bu işdə sonuna qədər köməkçi olur. Monika Riley hazırda 317 kilodur və çəkili insanlarını əksinə olaraq o zəifləməyə çalışmır. Hətta hədəfi 450 kiloya çıxaraq "Dünyanın ən böyük qadını" ünvanına sahib olmaqdır. Monikanın planı yatağa bağlı hala gəlib, sevgilisi Sidinin qulluğuna möhtac olana qədər yağlı və şəkərli qidalarla kökəlməkdir. İşin maraqlı tərəfi odur ki, sevgilisi Sid bu məqsəddə Monikaya sonuna qədər dəstək verir, hətta onu əlləriylə qidalandırır. Sevgilisinin sağlamlığını qorumaq üçün çalışan 25 yaşlı Sid, Monika üçün yeməklər bişirir, kilosunu artırmaq üçün ona xüsusi hazırladığı içki verir. Monika sevgilisiylə aktiv bir cinsi həyatları olduğunu və kilolarının buna maneə olmadığını deyir. İngilis "Mirror" qəzetinə danışan Monika belə davam edir:
"Hədəfim 450 kilo olub, hərəkət edə bilməyəcək hala gəlməkdir. Özümü şahzadə kimi hiss edirəm, Sid bir dediyimi iki eləmir və hədəfim mövzusunda çox həyəcanlıdır. Bu bizim üçün seks fantaziyasıdır və haqqında çox danışırıq. Sid indidən divandan qalxmağıma və yatağa girməyimə yardım edir. ""İnsanlar bunu anlamaya bilər, amma mən yeməyə alışqanam və 32 yaşına çatmayana qədər hərəkət edə bilməyəcək vəziyyətə gəlmək istəyirəm. Sid mənim üçün hər şeyi edir, məni çimizdirir, üst-başımı dəyişdirir. "Keçən may ayında Facebook vasitəsi ilə Monika ilə tanış olan Sid ona kömək etdiyini söyləsə də, bir çox adam ona pislik etdiyini düşünür. Sid, Monikanın kökəldikcə sağlamlığının pozulacağını gözardı etdiyi üçün tənqidlərin hədəfi olur. Texas da doğulan Monika iki il əvvəl mədə kiçiltmə əməliyyatı etdirib, zəifləməyə hazırlaşarkən bir anda fikirini dəyişib.