Beynin yarısını örtmüşdü

12 yaşlı qızı bağırsaq qurdunun süfrəsi bu hala gətirib
Tez-tez özündən gedən və bir tərəfi iflic olan 12 yaşlı hindli Nita Jugginin xəstəliyinin səbəbi həkimləri şok etdi.
Müainədən sonra qıza beyninin yarısını örtən bağırsaq qurdu süfrələrindən qaynaqlanan, mərkəzi sinir sistemində sistiserkoz diaqnozu qoyuldu. Bir bağırsaq qurdunun süfrəsinin səbəb olduğu kist hər an partlayıb ölümə səbəb ola biləcək ölçülərdə idi. Müvəffəqiyyətli bir əməliyyatla beynindəki kisti alınan qız indi yaxşılaşma müddətindədir. Bağırsaq qurdları parazit bir həyat sürər və yetkinlik dövründə bağırsaqlarda yaşayaraq inanılmaz ölçülərə çata bilirlər. Yetkinlikdən əvvəl böyük kistlər içərinsində olan süfrələr beynə çata bilir və burada böyüməyə davam edir. İstehlak edilən qidalar vasitəsilə insanlara keçə bilən bu parazit beynə çatdığında iflicə və ölümə səbəb olur. Məsələn yaxşı bişirilməmiş heyvan ətini yeyən zaman daxili orqana bağırsaq qurdu düşür. Bu qurdun süfrələrini saxlayan yumurtalar çatlayır. Yumurtalar bədəndə çatladıqdan sonra beynə çatmağın yolunu tapa bilir. Bu səbəblə mənbəyi naməlum ət istehlakı, yaxşı bişirilməmiş ətlər və təmiz olmayan mətbəxlər sağlamlığı təhdid etməkdədir.