Rusiyada seçkilərdə “Vahid Rusiya” Partiyası qalib gəlir





Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə hakim "Vahid Rusiya” Partiyası qalib gəlir.
APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyası bülletenlərin 80%-nin hesablanmasını başa çatdırıb.

Nəticələrə əsasən "Vahid Rusiya” 54,28%, Kommunist Partiyası 13,61%, Liberal-Demokrat Partiyası 13,37%, "Ədalətli Rusiya” Partiyası isə 6,17% səs toplayıb. "Vahid Rusiya” həmçinin 225 birmandatlı dairələrdən 203-də liderliyi qoruyub saxlayır.
Digər 10 siyasi partiya 5%-lik minimum həddi aşa bilməyib.
Qeyd edək ki, deputat mandatı uğrunda 14 siyasi partiya və 2100-ə yaxın müstəqil namizədlər mübarizə aparıb.
***
Rusiyada keçirilmiş Dövlət Dumasına seçkilərdə "Vahid Rusiya” Partiyası qalib qəlir.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bülletenlərin 70 faizinin hesablanmasından sonra "Vahid Rusiya” Partiyası 54,13% səs toplayıb.
İkinci yerdə Kommunist Partiyası (13,78), üçüncü yerdə isə Liberal Demokrat Partiyası (13,53%) qərarlaşıb. "Ədalətli Rusiya” Partiyasına seçicilərin 6,13 faizi səs verib.
Digər 10 siyasi partiya 5%-lik minimum həddi aşa bilməyib.