Çində zavodda partlayış baş verib: 6 ölü, 8 yaralı





Çinin Çinxay əyalətində zavodların birində partlayış baş verib.
Trend-in "Sinxua" agentliyinə istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində 6 nəfər həlak olub, 8 nəfər isə yaralanıb.

Partlayışın səbəbi barədə məlumat verilmir.