O körpə şəhid atasının qoxusuyla yatır

FETÖ-nün çevriliş  cəhdi zamanı bombalı hücumda şəhid olan konyalı Muhsin Kirəmitçinin həyat yoldaşı Səda Kirəmitçi, 23 avqustda dünyaya gətirdiyi balasıyla ovunmağa çalışır. O,  balaca Gökçe atasının qoxusunu hiss etsin deyə şəhid həyat yoldaşının köynəyini beşiye qoyur. Komissar köməkçisi olaraq vəzifəyə başladığı ilk gün şəhid olan 28 yaşlı Muhsin Kirəmitçinin 4 illik həyat yoldaşı Səda Kirəmitçi (23), 23 avqustda dünyaya gətirdiyi körpəsinə, həyat yoldaşıyla birgə qərar verdikləri Gökçe  adını verdi. Kirəmitçi, körpələrinin cinsiyyətini həyat yoldaşı Muhsini itirdiyi gün öyrəndiyini söylədi. Səda Kirəmitçi, hislərini belə izah edir: "Körpəmizin ürək döyüntülərini heç eşitmədi. Həyat yoldaşımın bütün paltarlarını yumuşdum. Yalnız o gün işə gedərkən üstünə  geydiyi paltarı qalıb. Körpəmizin, heç olmasa qoxusunu hiss etməsini istədiyim zaman atasının hadisə günü geydiyi köynəyini yanına qoyuram. O qoxunu itirməmək üçün ən yaxşı şəkildə mühafizə etməyə çalışıram."