Aygün Kazımova ondan ayrıldı - FOTO





Prodüser Roland Bayramov xalq artisti Aygün Kazımova ilə işbirliyinə son qoyub. Lent.az-a açıqlama verən prodüser məlumatı təsdiqləyib: "Məlumat doğrudur. Hazırda yeni təkliflər almışam, artıq yeni mövsümdən hansı tanınmış müğənni ilə işləyəcəyimi də qərarlaşdırmışam. Yaxın günlərdə bu barədə mətbuata açıqlama verəcəyəm”.
Xatırladaq ki, A.Kazimova ilə R.Bayramov 2015-ci ilin dekabrından birgə çalışırdılar.
Qeyd edək ki, prodüser R.Bayramov bu günə qədər şou-biznesdə xalq artisti Faiq Ağayev, müğənnilərdən Natavan Həbibi, Zamiq Hüseynov, Vasif Məhərrəmli, Emil Bədəlov və başqaları ilə işbirliyi qurub.