2 milyon pişik məhv edilməlidir

Çünki onlar hər gün 1 milyon quşu öldürür
Avstraliyada yaşayan vəhşi pişiklər ətrafda küçə pişiklərinə bənzəsə də Avstraliyanın balta girməmiş meşələrinə və insan yaşamayan bölgələrinə sığındıqları üçün ovlanması mümkün deyil. İnsanlardan və digər canlılardan təcrid yaşayan pişiklərin vəhşiləşməsi adi hal alıb.
Sayları o qədər artıb ki, Avstraliyadakı bir çox bənzərsiz canlı növünün varlığı belə təhdid altındadır. Avstraliya hökuməti bildirir ki, vəhşi pişiklərin ölkədə görünməyə başladığı 1700-cü illərdən bu yana 27 məməli nəsili tükənib. Vəziyyətin indi də fərqli olmadığı və pişiklərin anormal sayda quş və sürünəni öldürdüyü bilinir. Yəni məqsədləri yalnız qidalanmaq deyil, vəhşi təbiətdə qarşılarına çıxan və gücü çatdıqları hər şeyi öldürməkdir. Yəni küçədə gedərkən sevib, əzizlədiyimiz, oyun oynadığımız və ya da hücum edəcək deyə yüngülcə vurub qaçan pişiklərdən bəhs olunmur. 
Sayları milyonu keçən vəhşi pişiklər, sanki aslan kimi davranırlar. Qurtulmağın yolu kədərlənmək olar, amma o həll yoluna qarşı çıxmaq da qazanc deyil. Milyonlarla pişiyin zəhərli yeməklə öldürülməsi fikri insanı çox üzür, bu bir gerçəkdir. Vəhşi də olsa, insan əliylə heyvan öldürüləcəyini bilmək adamı ağrıdır. Lakin hadisənin iç üzünü anladıqca bu acı gerçəyin əslində heyvan düşmənçiliyi deyil, gerçək heyvan və təbiət sevgisi olduğunu görə bilərik. 27 canlı növünü yox etmiş, Avstraliyadan başqa yerdə rast gəlinməyən bir çox quş və sürünən növünü sürətlə yox edən milyonlarla təcavüzkarı dayandırmaq gərəkdir. Hadisənin mahiyyətini anlamayıb "pişiklər öldürülməsin" demək çox təəssüf ki, Avstraliyanın özünə xas ekosistemini xilas etmir.
Alternativ həll yoxmudurmu?
Vəhşi pişikləri nəzarət altına almaq üçün təqdim edilən alternativ həll yolları arasında sonsuzlaşdırma, sığınacağa qapatmaq, ya da ölkə xaricinə çıxarmaq var.
Lakin Avstraliya Ətraf və Enerji Nazirliyinin elmi araşdırmaları işığında CNN-ə verdiyi açıqlamaya görə pişiklər Avstraliyada hər gün 1 milyon yerli quşu və 1,7 milyon sürünəni öldürür. Sonsuzlaşdırma əməliyyatına başlansa belə mövcud vəziyyətdə yaşayan milyonlarla vəhşi pişik hər gün milyonlarla növü öldürməyə davam edəcək. 2015-ci ildə ilk proqram hazırlansa da  indiyə qədər böyük zərər veriblər. Bir başqa üsul olaraq təqdim edilən tutulub sığınacağa, ya da ölkə xaricində bir yerə aparılma ehtimalları isə haradasa mümkün görünmür. Vəhşi olduqları üçün standart sığınacaqlarda saxlana bilməzlər. Vəhşi heyvan sığınacağına ehtiyacları var, lakin sayı 2 - 6 milyon arasında olan bu pişiklərin hansı sığınacaqda saxlamaq olar ki? Tutulub ölkə xaricinə aparılmaq üçün də sayları yenə çoxdur. Vəzifəlilərin tək-tək əlləriylə milyonlarla pişiyi tutması da mümkün deyil.
Reaksiya verilməsi və dərs çıxarılması lazım olan əsl mövzu
Avstraliya hökumətinin (ya da əvvəlki hökumətlərin) bu mövzudakı əsl günahı təhlükəni əvvəldən fərq edib, tədbir görməməsidir.
Vəhşi pişiklərin sayı milyonları ötməmişdən əvvəl sonsuzlaşdırma əməliyyatı mümkün idi. Reaksiya veriləcək əsl mövzu bu ola bilər. Lakin mövcud vəziyyətdə sürətli həll yolu tapılmalı və bunun yolu da çox üzücü olmasına baxmayaraq, bir qisimini yox etməkdən keçir. İnsanoğlu təbiətin tarazlığını öz əliylə pozub, öz əliylə düzəltməyə çalışır. Pozarkən zərər verdiyi qədər, düzəltməyə çalışarkən də zərər verir.
İnsan irqi təbiətə Avstraliyada yox edilməsi lazım olan vəhşi pişiklərdən daha çox zərər verir.
Bunun ən ağrılı yanı da, şüurlu olaraq etməsidir. Vəhşi pişiklərin Avstraliyaya verdiyi zərərdə isə bir şüur söz mövzusu deyil. Bunu təbiətləri gərəyi edirlər. Lakin çox təəssüf ki bəzən təbiəti, təbiətdən qorumaq lazımdır.
Turan