2 yaşında əlləri amputasiya olunmuş uşağa yeni əllər tikilib - VİDEO




İki yaşlı Amerika vətəndaşı Zion Herveyin stafilokoq infeksiyasının yaratdığı "qanqrena"nəticəsində hər iki əlləri və ayaqları amputasiya olunaraq götürüb.

Sherg.az "Lefigaro.fr"ə istinadən xəbər verir ki, sonradan ona ayaq əvəzi protezlər qoyulsa da əlləri bir müddət işləksiz halda qalıb.

Amma 2015-ci ildə, onun 10 yaşı tamam olanda Amerikanın Filadelfiya əyalətinə 40 peşəkar həkimin səyi nəticəsində Z.Herveyə əllər tikilib və bu əməliyyat uğurla sona çatıb. O, əmliyyatdan 8 ay sonra artıq əllərini işlədə bilib. Hazırda həmin əlləri ilə qayçı də işlədir və beyzbol da oynayır.

Qeyd edək ki. bu sayaq əməliyyat ilk dəfə 1998-ci ildə Fransada, 2000-ci ildə isə Malayziyada bir uşağın üzərində aparılıb.



Tərcümə etdi:Ayyət ƏHMƏD