“20 mart günü evdən çıxma”

Avtomobilinin üzərindəki qeyd şok etdi





Antaliyada şəxsiyyəti naməlum olan adam reklam agentliyi sahibi İsmayıl Büyükkeskinin avtomobilinin üzərinə "20 mart günü evdən çıxma” yazılı qeyd qoyulub.

İsmayıl Büyükkeskin, vəziyyəti polisə bildirib. Qısa müddətdə hadisə yerinə gələn polis qrupları, qeydi qoyan adamı təyin etmək üçün işə başlayıb.

Kimsəylə bir problemi olmadığını ifadə edən İsmayıl Büyükkeskin, "Niyə belə hərəkət etdilər. Sanıram məqsədləri bizi qorxutmaqdır " deyib.