20 yaşlı gənc çəngəl uddu

Həkimlər cərrahi müdaxilə etmək zorunda qalıblar
Konyada əqli çatışmazlığı olan 20 yaşlı O.A.nın udduğu 15 santimetrlik metal çəngəl əməliyyatla mədəsindən çıxarılıb.
Hadisə bir həftə əvvəl baş verib. Ailəsinin yanında olmadığı bir vaxtda yemək yeyən O.A. çəngəli ağzına soxub. Yemək borusunun sonuna qədər enən çəngəl mədəsində qalıb. Ailəsi tərəfindən xəstəxanaya aparılan O.A təcili olaraq əməliyyata alınıb. 15 santimetrlik metal çəngəl əməliyyatla götürülüb. Əməliyyatı həyata keçirən cərrah Məhmət Erikoğlunun sözlərinə görə, xəstənin ailəsi təcili yardıma müraciət edərək onun çəngəl udduğunu deyib. Aparılan müayinə sonrası çəngəlin yemək borusunun sonuna qədər enib mədədə bərkidildiyini aşkar etdiklərini vurğulayan professor kiçik bir kəsiklə mədədən çəngəli çıxardıqlarını deyib: "Normal şərtlərdə bu cür yad cisim udmaları 90 faiz mədədən keçib bağırsaqların köməyi ilə atıla bilir. Amma bu qədər böyük cisimlərin çıxarılması, ya endoskopiya köməyi ilə, ya da cərrahı müdaxilə ilə olur. Çəngəl kimi kəsici cisimlərin endoskopla çıxarılması isə çətindir. Xüsusilə kəsici hissəsi üstündə qalırsa, proses daha da çətinləşir. Biz də əməliyyatla çıxardıq. Mədədə kiçik bir kəsik açaraq çəngəli çıxardıq. Xəstə sağlamlığına qovuşdu və evinə getdi”.
Ailələrə xəbərdarlıq edən həkim Erikoğlunun sözlərinə görə, adətən uşaqlar pul, şəffaf şariklər, toplu iynə və kiçik oyuncaq kimi yad cisimləri udurlar. Düzdür, bu cisimlər bir çox hallarda bağırsaqlardan keçərək özləri düşə bilir. Çıxarılmayan cisimlər isə əməliyyatla götürülür.