Dil bilmədən qızlarla əylənən gənc ərəb həbs olundu

Səudiyyə mətbuatı yazır ki, polis internetdə məşhur olan və videoları 6.5 milyon dəfə izlənilən 19 yaşındakı gənci etik olmayan davranışlarına görə nəzarətə alıb.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 19 yaşlı gənc həbs olunub.
Buna səbəb "YouNow" saytında ingilis dilini bilmədiyi halda 21 yaşındakı amerikalı bir gənc qadınla eşqbazlıq edən 'Əbu Sin' deyə xatırlanan gəncin əxlaq qanunlarını pozması olub.
Maraqlı məqam isə odur ki, amerikalı gənc qadın da ərəb dilini bilmirmiş.
Qeyd edək ki, Səudiyyə mətbuatı ikili arasındakı söhbətdə problemlər olmasa da, məzmun məşhur olunca gələn reaksiyalar əsasında, gəncin "etik olmayan davranış" sərgilədiyi üçün ötən aydan nəzarətə alındığını bildirib.