Rusiya XİN Kerrinin Qarabağ bəyanatına münasibət bildirdi

"Münaqişənin nizamlanması bəyanatlardan deyil, gördüyümüz işlərdən asılıdır"




Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova ABŞ dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı son bəyanatına münasibət bildirib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün keçirdiyi brifinqdə Rusiya XİN sözçüsü ABŞ dövlət katibinin "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması hazırda mümkün deyil" bəyanatına belə cavab verib: "Münaqişənin nizamlanması bəyanatlardan deyil, gördüyümüz işlərdən asılıdır".