İstanbulda terror aktı baş verib: 10 nəfər yaralanıb

 
İstanbulda Polis Mərkəzi yaxınlığında terror aktı törədilib. Partlayışın gücündən yaxınlıqdakı binaların, mağazaların və avtomobillərin pəncərələrinin şüşəsi sınıb. Polisin partlayışı törətməkdə şübhəli sayılan 1 nəfəri axtardığı bildirilir. Məlumatda o da bildirilir ki, eyni Polis Mərkəzi 2012-ci ildə də terror hücumuna məruz qalıb.
İstanbuldakı partlayışdan son dəqiqə xəbərləri gəlməyə davam edir. Hücumun bombalı avtomobillə reallaşdırıldığı bildirilir. Hadisə yerinə çox sayda təcili yardım sövq edilib. İlk gələn məlumatlara görə, partlayışda 10 nəfər yaralanıb. İstanbul valisi Vasip Şahin bir motosikletə yerləşdirilən bombanın partladıldığını açıqlayıb.
Motosikletlə hadisə yerinə gələn kaskalı və qara paltarlı olduğu ifadə edilən təcavüzkar, motosikleti buraxaraq hadisə yerindən uzaqlaşıb.
Polis qrupları ikinci bir partlayış təhlükəsinə qarşı bölgəni boşaldıb.