Moskvada azərbaycanlı iş adamını güllələyən soydaşımız çıxdı

Onun mənzilində axtarış zamanı 2 tapança, 2 travmatik tapança, səsboğucu, əl qumbarası, zirehli gödəkcə tapılıb

Sentyabrın 18-də Moskvanın Baykal küçəsində avtomobilindən çıxarkən güllələnərək öldürülmüş azərbaycanlı iş adamı Fabris Salam-Hüseynovun qatili tutulub. Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə bu gün Moskva Cinayət Axtarış İdarəsi məlumat yayıb. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində bu gün 34 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb. Onun mənzilində axtarış zamanı 2 tapança, 2 travmatik tapança, səsboğucu, əl qumbarası, zirehli gödəkcə tapılıb. Qeyd edək ki, Moskva Cinayət Axtarış İdarəsinin yaydığı məlumatda sentyabrın 18-də 4 güllə yarasından hadisə yerində keçinmiş Fabris Salam-Hüseynov azərbaycanlılardan ibarət etnik cinayətkar qrupun lideri kimi təqdim edilir. Fabris Salam-Hüseynov əvvəllər məhkum həyatı da yaşayıb.