Avstraliyanın Adelaide şəhərində evdə 14 pişik bəsləyən qadın pişikləri evdə aç və öz halına buraxıb və qorxunc hadisə yaşanıb. Aclıqdan bir-birini yeyən pişiklərdən 13-nün yalnız parçaları qalmışdı.
Hadisəyə səbəb olan qadın heyvanlara zülmdən günahkar sayılır.
Heyvanları Qoruma Dərnəyi (RSPCA) əməkdaşları tərəfindən, qonşuların şikayəti ilə girilən evdə, 13-ü ölü, biri də zəif düşmüş cəmi 14 pişik aşkarlayıb.
Məhkəmə, qadını 12 ay şərti cəza ilə sərbəst buraxıb, ancaq ona heyvan sahibi olmaq qadağan edilib.
Cənub Avstraliya polis şefi Andrea Levis, Trooper adını verdikləri həyatda qalan pişiyin Adelaidedəki başqa bir ailə tərəfindən götürüldüyünü deyib.