Mirzə Xəlil İşraği 1896-cı ildə Lənkəran şəhərinin Hacılı qəsəbəsində anadan olub. Atası Hacı Murad fermer idi.İimkanlı şəxs olub. Çünki Mirzə Xəlil qəsəbələrindəki mədrəsədə fars dilində təhsil alandan sonra Lənkəran şəhərində dərslərini davam etdirməyə göndərib. Bu isə kasıb adam üçün mümkün ola bilməzdi. O, Mirzə Xəlilin nüfuzlu ruhani görmək istəyirdi. Mirzə Xəlilin dərslərini yaxşı oxuması hacı Muradı ruhlandırırdı. Onun həmin dövr üçün yüksək təhsilə malik olması üçün heç nəyi əsirgəmirdi. Atasının məsləhəti ilə Mirzə Xəlil 1914-cü ildə Bakıya yollanır.Burada Təzə Pir məscidindəki mədrəsədə ərəb dilində təhsilini davam etdirir və 1917-ci ildə təhsilini uğurla bitirir.Mədrəsədə dərs deyən din xadimlri Mirzə Xəlilin yüksək zehni qabiliyətini görüb atası Hacı Murada məsləhət görürlər ki, onu ali dini təhsil almaq üçün Tehrana göndərsin.Hacı Murad onların məsləhətinə qulaq asır və bu təkliflə razılaşaraq oğlunu Tehran şəhərinə təhsilini davam etdirməyə göndərir. Elə həmin il Mirzə Xəlil Təzə Pir məscidinin axundlarının tövsiyəsi ilə Tehran şəhərinə yola düşür və bu onun həyatında yeni bir dövrün başlanğıcına olur.
Mirzə Xəlil fars, ərəb dillərində mükəmməl danışa və yaza bilirdi.Tehran şəhərində ali dini təhsil aldıqdan sonra o daha sonra Xorasan şəhərində tibbi təhsil alıb həkimlik ixtisasına da yiyələnir.
Təxmin etmək olar ki, Mirzə Xəlil Tehran şəhərində dini təhsilini bitirdikdən sonra axund kimi məsciddə fəaliyyətə başlayıb. Çünkü atası bu qədər müddətdə onun maddi tələbatlarını təmin edə bilməzdi. Mirzə Xəlil 1928-ci ildə Xorasan şəhərlərindənƏrdəbil şəhərinə gəlir və bu şəhərdə ailə həyatı qurur.
O, 1929-cu ildə Ərdəbil şəhərində Siddiqə Hacı Qafar qızı ilə evlənib. Burada özünə ev-eşik qurur.Həyatının ən xoşbəxt günlərini burada yaşayır. 1930-cu ilin mart ayında ilk övladı Rübabə dünyaya gəlir.
Onu da xatırladım ki, Mirzə Xəlilin ailə qurduğu Siddiqə yaşca ondan xeyli kiçik olub. Onun 33 yaşı olduğu halda Siddiqənin cəmi 16 yaşı olub. Siddiqə atası Hacı Qafarın tövsiyəsi ilə Mirzə Xəlilə ərə gedib. Hacı Qafar Mirzə Xəlil yaxşı tanıyır onun Ərdıbildə tanınan , nüfüzlu bir adam olduğnu bilirdi . Odur ki qızını ona ərə getməsini məsləhət bilmişdi. Zaman göstərdi ki o bu qərarıda heç də yanılmamışdı.
Dini fəaliyyətlə yanaşı Mirzə Xəlil Ərdəbil şəhərindəki xəstəxanada həm də həkim kimi işləyir.Bu da ailəsinin yaxşı yaşamasına səbəb olur. Əbəs deyil ki , Rübabə xanım sonralar ərdəbil şəhərindəki evlərini , həyətlərini, ordakı xoşbəxt uşaqlıq və gənclik günlərini həsrətlə xatırlayacaqdı.
Rübabədən sonra ailədə başqa ovladları dünyaya göz açdılar.1933-cü ildə Ənvər,1942-cvi ildə qızı Ruhəngiz,1944-cü ildə isə Mahrux,1946-cı ildə kiçik oğlu Əşrəf dünyaya gəldilr. Siddiqə xanım həmişə kiçik oğlu Əşrəfin dünyay gəlməsini bir qədər gileylə xatırlayır və adətən belə deyirdi:
- Yaxşı yaşayırdıq.Əşrəf doğular-doğulmaz dünya qarışdı.Hər şey alt-üst oldu.
Siddiqə xanım bunu deməklə ,məhz həmin ilin dekabr ayında yurd-yuvalarından didərgin düşərək, siyasi mühacir kimi şimali Azərbaycana köçüb gəlməyə məcbur olduqlarını nəzərdə tuturdu.Hərçəndi ki, məhz həmin il Əşrəfin dünyaya gəlməsinin buna heç bir aidiyyəti yox idi.Siddiqə xanım bununla yalnız öz ürək ağrısını şatdırmaq istəyirdi.Amma ailənin İrandan mühacirət etməsinin əsas səbəbi onun həyat yoidaşı Mirzə Xəlilin siyasi fəaliyyətə qoşulması idi.
Məsələ bunda idi ki, 1945-ci ildə ikinci dünya müharibəsi Sovet Hökümətinin qələbəsi ilə bitmişdi. Stalin yaranan siyasi şəraitdən faydalanaraq İranda müstəqil Azərbaycan dövləti qurmaq fikrindı idi.bu səbəbdən də o İranda azərbaycanlıların milli azaddlıq hərakatının alovlanmasına rəvac verdi. Pişəvərinin başçılığı ilə azərbaycanlıların azadlıq hərakatı vüsət aldı.Təbriz şəhərində Azərbaycan demokratik firqəsi yaradıldı. Ərdəbildin tanınmış ziyayılarından olan Mirzə Xəlil Bu hərakatın əsas təşkilatçılarından və Demokratik Firqənin Ərdəbil şəhər filialının yardıcılarından biri idi. Mirzə Xəlil firqəınin Ərdəbil şəhər şöbəsinin sədr müavini vəzifəsini tuturdu. Demokratik hərəkat qələbə çalandan sonra ,1945-ci ilin dekabr ayında Təbriz şəhərində ilk qurultay keçirildi.Mirzə Xəlil Ərdəbil şəhərinin təmsilçilərindən biri kimi bu qurultayda iştirakçılardan biri olmuşdu. Onları qarşıda azad həyat gözləyirdi.lakin siyasi proseslər başqa istiqamətə yönəldi.beynəlxalq qüvvələrin təsiri nəticəsində covet qoşunları İranı tərk etdi. Şah rejimi İranda yenidən hakimiyyətə gəldi.Bundan sorra azadlıq hərakatının iştirakşılarının təqib olunması başlandı. Mirzə Xəlil şah rejimi gələndən sonra həbs olundu.Bir müddət sonra şah Rza şah siyasi məhbuslara azdalıq verdi. Onları həbsdən buraxdı. Amma bu xarici qüvvələri razı salmırdı. Onlar şah rejimi ilə inqılabçılar arsında təxribata əl atdılar. Təxribata uyan şah rejimi yenidən həbslərə və edamlara başladı. Bunu görən Mirzə Xəlil 7 nəfərdən ibarət ailə üzvləri ilə İranı tərk etdi.Onlar 1946-cı ilin soyuq dekabr ayında arazı keçərək Şimali Azırbaycana üz tutdular.Burada onları yeni mühüt , yeni həyat gözləyirdi.
Sərhəddi keçəndən sonra Mirzə Xəlilin ailəsi əvvəlcə o vaxtkı Cəliliabad rayonunda məskunlaşırlar.Bir il bu rayonda yaşadıqdan sonra 1948-ci ilin əvvəllərində Səlyan rayonuna köçüblər. Mirzə Xəlil Səlyan xəstəxansında göz həkimi vəzifəsinə işə düzəlib.O iilər Azərbaycanda dini qadağalar güclü idi.Dövlət tərəfindən din adamlarına yaxşı baxılmırdı. Bu səbəbdən Mirzə Xəlil yeni mühütdə özünü rahat hiss edə bilmirdi. Onun uzun illər yaşadığı İranda dinə münasibət başqa idi. Burada, Sovet dövlətində isə dinə qarşı sərt mövqe hökm sürürdü.Lakin xalq gizlində də olsa dini ayinlərə əməl edirdi. Xalq öz dinini əzəz tuturdu və yüksək dini təhsil görmüş Mirzə Xəlilə hər cür hörmət göstəriridi.Məhz Səlyan rayonunda Mirzə Xəlilin daha iki övladı dünyaya gəliblər.1948-ci ildə Səlyan rayonunda qızı Tahirə 1953-cü ildə isə sonbeşiyi Pərvin doğulduiar.
Salyan rayonunda yaşadıqları müddətdə Mirzə Xəlil xalq arasında artıq tanınmağa başlamışdı.Onu dərin savadına görə sevir və hörmət göstərirdilər. O bu ərazidə yeganə adam idi ki, quranı ərəb dilində oxuyurdu. Gözəl səsə malik idi.Dini mərasimlərdə quranı avazla oxuya bilməsi adamları heyran edirdi. Roza oxuması adamları cəlb edirdi .Hamı onun olduğu məclislərə can atırdı. Onun bənzərsiz söhbətlərini dinləməkdən doymurdular. Bir dəfə 1957-ci ildə Salyan rayonunda keşirilən bir məclisdə (o vaxtkı ) Əli Bayramlı rayonunun birinci katibi Əli Səfərov Mirzə Xəlili görür. Onun dərin biliyinə heyran olur. Məclisdən sonra ona yaxınlaşır və onun Əli Bayramlıya gəlməsini təklif edir.Bildirir ki Əli Bayramlıda ona hər cür köməklik edəcək. Ev almağa yardım edəcək. Mirzə Xəlil 1960-cı iilərin ağsaqqalları arasında. Mirzə Xəlil ortada əyləşıb.
Mirzə Xəlil onu təklifini qəbul edir və elə həmin il Əli Bayramlıya gəlir.Birinci katib vədinə sadıq qalır .Burada Mirzə Xəlil torpaq sahəsi alır , ailəsi üçün ev tikir.o 1957- 67-ci illərdə Əli Bayramlının axundu olur.Sonralar Əli Səfərov birinci katiblikdən getsə də ondan sonra vəzifəyə gələn Məmməd Məmmədov da, Bilal Kərimov da hər biri Mirzə Xəlilə böyük hörmət göstərirlər.
O bir vaxtlar cavanlıqda Ərdəbil şəhərində qurmuş olduğu ev və həyət kimi Əli Bayramlı şəhərində ailəsi üşün yeni ev , həyət qurur.Böyük oğlu Ənvəri evləndirir.Ona həyət alır.Ənvər ticarət sahəsində işə düzəlir.Kiçik oğlu Əşrəf Unversitetin tarix fakultəsini bitirir və tarix müəllimi işləyir.Böyük qızı Rübabə azərbaycanın xalq artisti adına layiq görülür.İrandan mühacir kimi gəldiyi üçün onun qarşısında bir çox sədlər çəkilir.Xarici ölkələrə qastrol səfərlərinə icazə verilmir.Əgər bu qadaqğalar olmasaydı Rübabə bəlkə də dünya şöhrətli müğənni ola biləcəkdi.
Mirzə Xəlil 1967-ci ildə Əli Bayramlıda dünyasını dıyişib və burada dəfn olunub.O keçməkeşli həyatının son on ilini Əli Bayramlıda yaşadı. Yaşlılardan eşitdiyim söhbətlərdən öyrənmişəm ki, onun dəfni həddən artıq izdihamlı keçib. Onun dəfnində və hüzür mərasimində şəhərin bütün tanınmış adamları iştirak ediblər. Məclisə gələn Birinci katib Bilal Kərimov göstəriş verib ki, onun yaşadığı küçəyə təcili asfalt çəkilsin və küçə dərhal işıq sistemi ilə təmin olunsun.Qısa vaxt ərzində bu məsələlər operativ həll olunur.
Feyruz Muradov