250 kiloluq qadın ədyalla çıxarıldı

44 yaşlı ananın bütün xərclərini xəstəxana rəhbərliyi boynuna götürdü
Kahramanmaraşda 4 uşaq anası olan evdar qadın Pakize Yemşen, 5 il əvvəl sürətlə kilo almağa başlayınca müalicə üçün getdiyi xəstəxanada obezite diaqnozu qoyuldu.
Həddindən artıq kilo alalaraq 250 kiloya çatan və ehtiyaclarını tək başına qarşılaya bilməyən Yemşenə, əslən Kahramanmaraşlı olan Osmanıyadakı xüsusi bir xəstəxananın sahibi Dayansın Daşçı sahib çıxdı. Daşçı tərəfindən vəzifələndirilən xəstəxananın təşkilati əlaqələri direktoru Əli Kamalı Kiper və sağlamlıq vəzifəliləri Kahramanmaraşa gələrək Yemşeni götürüb Osmanıyaya apardı. Ona ayrılan otaqda müalicəyə alınacaq Yemşenin xərclərinin də xəstəxana rəhbərliyi tərəfindən qarşılanacağı bildirildi. Pakize Yemşen, sağlamlığına qovuşma ümidiylə Osmanıyaya getdiyini, döndüyündə də oğuluna qız istəməyə gedəcəyini söylədi. 6 adamın ədyalın köməyiylə
evindən çölə çıxardığı Yemşen, xəstəxana avtomobilinə mindirilərək ailəsiylə vidalaşdıqdan sonra Osmanıyaya aparıldı.