Terrorçu şərt qoydu: "Oğlumu tapın məlumatları verim"

"Reina" qatili ilə bağlı son dəqiqə xəbərləri gəlməyə davam edir. İstanbul polisinin əməliyyatıyla sağ olaraq ələ keçərilən İŞİD terrorçusu Abdülqadir Maşaripovun (34) Özbəkistandakı Fərqanə Universitetinin fizika fakültəsində oxuyurkən, ABŞ, İngiltərə, Rusiya, Kanada və Avstraliya tərəfindən terror təşkilatı kimi qəbul edilən "Özbəkistan İslam - Hərəkatı"nın üzvü olduğu müəyyən olunub.
Son dəqiqə: Təşkilatda sürətlə yüksələrək əmr köməkçisi olan Maşaripovun, əl-Qaidə və Talibandan təhsil almaq üçün  Əfqanıstana bu təşkilatın təlimatıyla getdiyi təsbit edilib. 2011-2012-ci illər arası burada silah təhsili alan terrorçunun daha sonra təşkilatda əmr köməkçiliyindən azad edilib. Haqqında danışılan hərəkət, 2015-ci ildə İŞİD-lə bağlılığını açıqlamışdı.
HÜCUMA O RAZI SALMIŞ
"Özbəkistan İslam -Hərəkatı" üzvü olarkən İŞİD-ə qatılan terrorçunun, qırğına uzanan əlaqələrində kritik bir ad da müəyyən olunub. Kəşfiyyat qaynaqlarının təsbitlərinə görə, bu Əbu Cihaddır. İŞİD-də əmrlik vəzifəsində olan Əbu Cihadın, Maşaripovu Türkiyəyə hücum üçün razı salan və hazırlayan ad olduğu ifadə edilir. Maşaripovun Əbu Cihadla bir neçə dəfə əlaqə yaratdığı təsbit edilib. Terrorçunun telefonunda Əbu Cihadla danışıq mətnlərinə rast gəlinib. Əbu Cihadın  şəxsiyyəti araşdırılır.
"UŞAĞIMI TAPIN MƏLUMATLARIMI SÜRƏTLƏNDİRİM"
Bu arada "Reina" qatilinin İstanbul TEM Şöbəsindəki sorğusu davam edir. Terrorçu, ön sorğusunda polisə təəccüblü məlumatlar verir. Diqqət çəkən bir detal isə, terrorçunun polisə davamlı uşağından bəhs etməsidir. Əldə edilən məlumatlara görə, terrorçu  polislərdən oğlunun tez tapmalarını istəyərək, "Uşağımı tapın, məlumat paylaşmasını sürətləndirim" deyib. Pendikə aparıldığı iddia edilən uşaq, bəzi ünvanlara edilən basqınlara baxmayaraq hələ tapılmayıb.(Milliyət)