Baş nazir: "Dövlət Baxçalını tanıya bilməyiblər"

Binəli Yıldırım: "Trampı çətin günlər gözləyir"


 
Türkiyənin Baş naziri Binəli  Yıldırım cümə namazından  çıxarkən jurnalistlərin suallarını cavablayıb. Şherg.az "Milliyət"ə istinadən xəbər verir ki, Baş nazir Böyük Millət Məclisdə yaşanan gərginliklərlə bağlı danışıb.

Konstitusiya dəyişikləri ilə bağlı məclisdə baş verən hadisələrə toxunan Baş nazir,  "Millət vəkillərimizin daha sakit olması millətin də arzusudur. Millətin vaxtını kimsənin xərcləməməsi gərəkdir"deyib.

"Dövlət bəy millətin mənfəəti söz mövzusu olduğu zaman heç bir siyasi iddia ilə hərəkət etməz"

Hörmətli Dövlət Baxçalınıtanıya bilməyiblər. Dövlət bəy millətin mənfəəti mövzu olduğu zaman heç bir siyasi iddia ilə hərəkət etməz. Ciddi böhran anlarındakı duruşu bunun isbatıdır. Deyilən sözlər, konstitusiya təklifinin keçməməsi üçün mənasız kampaniyanın parçasıdır.

Gündəmimiz konstitusiya dəyişikliyi, TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİndə qəbul edildikdən sonra inşallah, millətimizin önünə gələcək və millət qərarını verəcək. Ümid edirik ki,  millət bu dəyişikliyi təsdiqləyəcək.

"Trampı çətin günlər gözləyir"

Trampa müvəffəqiyyətlər diləyirik. Dünyanın bir çox yerində ABŞ yeni rəhbərliyindən gözləntilər var. ABŞ-ın üzərinə qlobal problemlər mövzusunda əhəmiyyətli vəzifələr düşür. Ayrıca iki gün əvvəl də bəyan etdim. ABŞ-la əlaqələr köklü bir keçmişə sahibdir. Keçmiş dövrlərdə bəzi səhvlər oldu, soyuqluq yaşandı. Yeni rəhbərliklə bunun ortadan qalxacağına inanırıq. FETÖ-nün liderinin qaytarılması başda olmaqla, Suriyada, İraqda Türkiyənin başını ağrıdan terror qruplarına verilən dəstəyin dayanması, ABŞ haqqındakı mənfi rəylərin düzəldilməsinə bağlı addımlar atılacağına inanırıq. Trampı çətin günlər gözləyir. Atacağı addımlar əhəmiyyətli olacaq.