Türkiyədə HDP millət vəkili polis tərəfindən saxlanılıb




Türkiyədə Xalqların Demokratiya Partiyasının (HDP) daha bir millət vəkili polis tərəfindən saxlanılıb.

APA-nın "Hürriyet"ə istinadən verdiyi məlumata görə, HDP Batman millət vəkili Ayşə Acar Başaran səhər saatlarında polisə aparılıb. 

HDP-dən bildiriblər ki, A. A. Başaranın zorla ifadə verməyə gətirilməsi haqqında qərar var. Buna uyğun olaraq o, Ankarada saxlanılıb.