Rusiyadan Trampa daha bir DƏSTƏK




Rusiya ABŞ-ın yeni prezidenti Donald Trampın "İslam dövləti” (İŞİD) terror qruplaşmasına qarşı mübarizənin prioritet olacağı haqqındakı fikrini bölüşür.

Modern.az-ın xəbərinə görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. 

O qeyd edib ki, bu məsələdə Rusiya beynəlxalq effektiv əməkdaşlığa bel bağlayır: "

Donald Tramp dəfələrlə İŞİD-ə qarşı mübarizənin prioritet olacağını deyib. Biz belə yanaşmanı tamamilə bölüşürük”-deyə Lavrov söyləyib.