Trampa qarşı dirənişin üzü: Kim olduğu üzə çıxdı





Həftə sonu dünyanın hər yerində küçəyə tökülən qadınların əllərində daşıdığı ABŞ bayrağıyla başını bağlamış qadın illüstrasiyanın qaynağı, Nyu-Yorkda yaşayan Munire Əhməddir. Bu gün "The Guardian" qəzetinin başlığında yer alan Əhməd, "Həm amerikalıyam, həm də müsəlmanam. İkisindən də böyük qürur duyuram" deyib.

ABŞ-ın yeni prezidenti Donald Tramp kreslosuna oturduğu ilk gün qlobal bir etirazla qarşılaşdı. Avstraliyadan Keniyaya, Hindistandan İsveçə, Çilidən ABŞ-a onlarla ölkədə, 600-dən çox şəhərdə küçəyə çıxan qadınlar, əllərində ABŞ bayrağıyla başını bağlamış bir illüstrasiya daşıdı.

Dünya səviyyəsində məşhur olan pankartın qaynağı, Nyu -Yorkun Queens bölgəsində yaşayan Munire Əhməddir.

Həftə sonu yarım milyonu aşan qadının toplandığı Vaşinqtondan Nyu-Yorka dönərkən ingilis "The Guardian" qəzetinə danışan 32 yaşlı Əhməd, "Yalnız söyləyə biləcəyim "Mən də sizin kimi amerikalıyam." Həm amerikalıyam, həm də müsəlmanam. Və hər ikisindən də çox qürurluyam" deyir.

Munire Əhməd, "Fotonun göstərdiyi şey bir qürur. Bu heç bir şeyə qarşı olmaqla əlaqədar deyil. Yalnız bir iştirak. Bu yalnız, "Mən də eynilə sizin kimi amerikalıyam" deməkdir" deyə bildirir. Vaşinqtondakı tarixi gedişdə bir Konqres üzvünün yanına gəldiyini qeyd edən Əhməd, "Fotodakı qadının mən olduğumu dərhal anladığını söylədi. Çaşdım, çünki insanların şəkildəkinin yalnız çadra taxmış hər hansı biri olduğunu düşünəcəklərini fərz edirdim" deyə əlavə edir.

MƏŞHUR POSTERİ YARADAN SƏNƏTÇİ ÇƏKDİ

"Guardian" qəzeti ayrıca, Əhmədi dünyaya tanıdan şəkilin Obamanın məşhur "Umud-Hope" adlı posterinə də imza atan sənətçi Shepard Fairey tərəfindən yaradıldığını vurğulayır.(Milliyət)

Munire Əhmədin ailəsi, 1970-ci illərin sonunda Banqladeşdən Nyu - Yorka gəlib. Queensdə böyüdüyü Jamaica isə, sürpriz bir şəkildə Donald Trump tərəfindən tikilən Jamaica iqamətgahlarına yaxın bir ərazidədir.