“Rusiyanın kiberhücumlarına cavab verəcək gücdəyik” - POROŞENKO




"Rusiya Ukraynaya qarşı da kiberhücumlar həyata keçirir. Bu, təsdiq olunub”.

İKT.lent.az-ın Ukrayna saytlarına istinadən verdiyi xəbərə görə, bu sözləri Ukrayna prezidenti Pyotr Poroşenko Helsinkidə finlandiyalı həmkarı Sauli Niiniste ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

P. Poroşenko bildirib ki, Ukrayna Rusiyanın yeganə hədəfi deyil və bütün Avropa dövlətləri, ABŞ kiberhücumların hədəfidir. Onun fikrincə, bu, hibrid müharibənin tərkib hissəsidir.

P. Poroşenko bəyan edib ki, Ukrayna Rusiyanın kiberhücumlarına cavab verəcək gücdədir: "Bizim çox güclü kiberbölmlərimiz var və Ukrayna əks-hücuma keçə bilər”.