"Qarabağ Kremlin divarından asılmış bir qarmaqdır" - Ekspert





Rusiya xarici işlər naziri Sergey  Lavrovun "Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın daxili məsələsi deyil" iddiasına qarşı Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov kəskin bəyanat verdi. O bildirdi ki, bu,  bizim daxili işimizdir". 

Bu barədə Sherg.az-a E. Məmmədyarovun Moskva səfərini şərh edərkən politoloq Zərdüşt Əlizadə deyib. 

Onun sözlərinə görə, artıq Qarabağın Rusiya, Fransa və Amerika kimi qəyyumları var:

" Azərbaycan və Ermənistan Qarabağ problemindən asılı qalıb. Bu həqiqəti hamı bilir. Qarabağ Rusiyanın əlində Ermənistan və Azərbaycanın qabırğasına keçirilib, Kremlin divarından asılmış bir qarmaqdır. Bunun həlli bizdən asılı deyil".


Qeyd edək ki, E. Məmmədyarov Rusiya tərəfinin təşəbbüsü əsasında Moskvaya işgüzar səfəri çərçivəsində Rusiya xarici işlər naziri Serqey Lavrov ilə görüşüb. Məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri ətraflı müzakirə olunub. Elmar Məmmədyarov münaqişənin həlli üzrə Azərbaycanın mövqeyini bir daha vurğulayıb və status-kvonun dəyişdirilməli olduğunu qeyd edib.

 Ayyət Əhməd